ADY Ekspress MMC / ADY Express LLC

Cargo & Freight Company

"ADY Ekspress" MMC Xəzər dənizi, Qara dəniz, və Mərkəzi Asiya regionlarının bütün sənayə sahələri üçün logistika xidməti göstərir.


“ADY Ekspress” MMC nizamnamə kapitalının 100% Azərbaycan Dəmir Yollarına məxsus olan, ölkəmizdə yükdaşımaların həcminin artırılması, xüsusilə də tranzit yüklərin cəlb olunması üçün müştərilərə daha əlverişli şəraitin və şəffaf mühitin yaradılması məqsədi ilə qurulmuşdur.

“ADY Ekspress” MMC Azərbaycan ərazisində müxtəlif sənayə sahələri üçün, dəmir yolu və dəniz nəqliyyatından istifadə etməklə, beynəlxalq standartlara cavab verən logistika xidmətləri göstərən şirkətdir. Bu standartları geniş tətbiq etmək, operativliyi təmin etmək məqsədi ilə “ADY Ekspress” MMC onlayn xidmətlərirndən istifadə edir.

Məqsədimiz Xəzər dənizi, Qara dəniz, və Mərkəzi Asiya regionlarının bütün sənayə sahələri üçün logistika sahəsində geniş həcmdə dəmir yolu daşımaları həyata keçirmək və bununla əlaqəli müqavilələrin bağlanılmasına nail olmaqdır. Şirkətin başlıca hədəfi dəmir yolu daşımaları sahəsində müştərilərə sifarişə əsasən hazırlanmış, iqtisadi cəhətdən səmərəli və etibarlı logistika həll variantları təqdim etməklə, tarixi İpək yolunun dirçəlişini təmin etmək və Asiya və Avropa arasında tranzit yük daşımalarının həcmini artırmaqdır.