İdman Azerbaycan TV

TV Channel

Müstəqil yayım birliyi

● www.facebook.com/IdmanAZTV ╚═► İdman Azerbaycan TV'nin rəsmi Facebook
Facebook səhifəsi


Müstəqil Azərbaycanın sosial-
iqsitadi inkişafı digər sahələrin də
inkişafına ciddi zəmin yaratdı.
Xüsusən də, Azərbaycan
dövlətinin, ölkə başçısı İlham
Əliyevin həyatın bütün
sahələrinin inkişafı üçün
məqsədyönlü siyasət yeritməsi
Azərbaycanın hazırda dünyanın
inkişaf etmiş ölkələri arasında
özünə layiqli yer tapmasına şərait
yaradıb. Təbii ki, Azərbaycanda
mövcud olan mövcud siyasi
vəziyyət, stabillik, iqtisadi artım
inkişafı zəruri edən amillərdəndir.
Uzun illərdən bəri sübut
olunmuş bir məfhum var –
İdman və bədən tərbiyəsi hər bir
ölkənin beynəlxalq aləmdə
tanınması, nəslin sağlam inkişafı
üçün önəmli vasitələrdən biridir.
Məhz bu səbəbdən də
Azərbaycan dövləti idmanın,
xüsusilə də olimpiya hərəkatının
inkişafına xüsusi diqqət yetirir.
Azərbaycan prezidenti, Milli
Olimpiya Komitəsinin prezidenti
İlham Əliyevin bu sahəni sevməsi,
idmançıların qayğı və problemləri
ilə yaxından maraqlanması
ölkədə idmanın kütləviləşməsinə,
gənc nəslin bu sahəyə sürətli
axınına şərait yaradıb. Təbii ki,
bunun üçün Azərbaycanda lazımı
maddi-texniki baza da yaradılıb.
Çünki ölkəmizdə xüsusilə son 10
ildə tikilən olimpiya idman
kompleksləri, təlim-məşq bazaları
məhz gənc və usta idmançılara,
idmanın inkişafına xidmət edir.
Azərbaycanın idman sahəsində
qazandığı nailiyyətlər, dünya və
Avropa çempionatlarında
idmançılarımızın qazandığı
medallar və mükafatlar ölkəmizin
beynəlxalq idman təşkilatlarında
da mövqeyinin xeyli
güclənməsinə səbəb olub və
Azərbaycanı dünyaya əsl idman
ölkəsi kimi tanıdıb. Məhz bu
səbəbdən də beynəlxalq idman
ictimaiyyəti, idman federasiyaları
həvəslə ən mötəbər yarışları
ölkəmizə həvalə edir, Bakı və
eləcə də digər şəhərlərimiz bu
yarışları yüksək səviyyədə təşkil
edərək Azərbaycanın bu sahədə
dünya liderləri sırasında
olduğunu göstərirlər.
Təbii ki, İDMAN SAHƏSİNDƏ
əldə olunan bu uğurlu nəticələr
bu sahə ilə məşğul olan spesifik
bir televiziya kanalının
yaradılmasını zəruri edirdi. Məhz
bu zərurətdən 2009-cu il fevralın
1-də İdman Azərbaycan kanalı
rəsmən fəaliyyətə başladı. Ölkə
prezidenti İlham Əliyevin şəxsi
təşəbbüsü ilə yaradılan kanal
televiziya sahəsində böyük
təcrübəyə malik Azərbaycan
Televiziya və Radio verilişləri
QSC-nin nəzdində yaradıldı.
Bununla bağlı Teleradio Şurasının
keçirdiyi tenderdə qalib gələn
Azərbaycan Televiziyası tez bir
zamanda kanalın
formalaşdırılmasına başladı.
Yayımın yüksək səviyyədə təşkil
olunması üçün telekanalın
daxilində olan peşəkar
kadrlardan istifadə olunmaqla
yanaşı, kənardan da yeni
mütəxəssislər işə cəlb olundu.
Beləliklə gənc və enerjili bir
kollektivlə fəaliyyətə başlayan
İdman Azərbaycan qısa bir
zamanda Azərbaycan idmanının
güzgüsünə çevrildi. Bu müddət
ərzində həm Avropanın aparıcı
ölkələrinin futbol
çempionatlarının, eyni zamanda
müxtəlif idman növləri üzrə
beynəlxalq yarışları efirdə
yayımlanması üçün müqavilələr
imzalandı. Təsadüfi deyil ki, bu
gün adi idman azarkeşi İdman
Azərbaycanda müxtəlif idman
növləri üzrə hər zövqə uyğun
yarışı izləyə bilər. Futbol üzrə,
İspaniya, İngiltərə və Almaniya
çempionatlarının oyunları,
Amerika Milli Basketbol
Assosiasiyasının qarşılaşmaları,
voleybol üzrə çempionlar liqası,
güləş, cüdo, boks üzrə dünya,
avropa çempionatları və digər
beynəlxalq yarışlar, heç bir
maddi vəsait ödəmədən, şifrəsiz
tamaşaçılara təqdim edilir ki, belə
bir tendensiya nəinki MDB-də
hətta dünyanın heç bir ölkəsində
müşahidə olunmur. Çünki
hazırda televiziya, xüsusilə də
idman oyunlarının teleyayımı
əsasən kommersiya xarakteri
daşıyır və bir çox ölkələrdə
həmin yarışları məhz müəyyən
məbləğdə pul ödəməklə izləmək
mümkündür. Azərbaycanda isə
belə nüfuzlu yarışların şifrəsiz və
təmənnasız göstərilməsi məhz
ölkəmizdə dövlət səviyyəsində
idmana və olimpiya hərəkatının
inkişafına göstərilən diqqət və
qayğının nümunəsidir.
Şübhəsiz ki, telekanalın əsas
prioriteti Azərbaycan idmanıdır.
Bu baxımdan da İdman
Azərbaycan kanalı ilk növbədə
ölkə idmançılarının iştirakı ilə
keçirilən yarışlardan həm canlı
yayımlar təşkil edir, həm də bu
nüfuzlu turnirlərlə bağlı xüsusi
verilişlər hazırlayır. Üstəlik, son
illər Azərbaycanın ard-arda
nüfuzlu beynəlxalq yarışlara
təşkilatçılıq etməsi kanalın
məsuliyyətini birə-beş artırıb.
Təsadüfi deyil ki, yarandığı
gündən bəri telekanal güləş üzrə
Qızıl qran-pri turnirini, Cüdo
üzrə qran-pri turnirini,
qılıncoynatma üzrə gənclər və
yeniyetmələr arasında dünya
çempionatını, taekvando üzrə
Avropa kubokunu, Kikboksinq
üzrə Avropa çempionatını, otüstü
xokkey üzrə beynəlxalq turnirləri,
boks üzrə dünya seriyasını və
digər mötəbər yarışları canlı
yayımlarla işıqlandırıb.
İdman Azərbaycan telekanalı
həm də Azərbaycan futbolunun
geniş təbliğatçısıdır. Bu mənada
futbolla bağlı layihələrldə ölkə
prezidenti İlham Əliyevin
2005-2015-ci illərdə futbolun
inkişafı ilə bağlı təsdiq etdiyi
dövlət proqramını əsas götürən
telekanal futbol üzrə Azərbaycan
çempionatında bir çox klubların
oyunlarını, həmçinin Milli
komandamızın qarşılaşmalarını
canlı yayımlayır.
Telekanalın həftəlik
proqramında rəngarəng və
müxtəlif mövzuda olan verilişlərə
də geniş yer ayrılıb. Hazırda hər
gün 3 saatdan bir efirə verilən
xəbər buraxılışlarından əlavə
«İdman həftəsi», «Arena»,
«Premyer Liqa», «Avrofutbol»,
«Tay-brek», «İdman
ensiklopediyası», «Flaqman»,
«Güləş Aləmi», «Olimp», «İdman
ölkəsi», «İdman sağlamlığın
rəhnidir» kimi verilişlər efirə çıxır.
Əlavə olaraq tamaşaçılar həftəlik
boks telejurnallarını,
«Qoalissimo» adlı futbol jurnalını,
Almaniya, İngiltərə və İspaniya
çempionatlarının icmallarını da
izləmək imkanı əldə edirlər.
İdman Azərbaycan kanalı
hazırda peyk vasitəsilə dünyanın
bir çox ölkələrinə yayımlanır. Yəni
istər xaricdə yaşayan
həmyerlilərimiz, istərsə də bu
ölkələrin əhalisi Azərbaycan
idmanı haqqında, ən mötəbər
turnirlərdəki uğurlarımızı da
məhz adıçəkilən telekanalın
efirindən izləməklə, ölkəmizdə
bütün sahələrdə olduğu kimi
idman sahəsində də gedən
inkişafın şahidi olurlar.
Fəaliyyətində peşəkarlığı,
operativliyi və ən əsası daima
inkişafı əsas götürən «İdman
Azərbaycan» telekanalının
kollektivi gələcəkdə də yeni-yeni
layihələrlə idmansevərləri
sevindirməyə çalışacaq. Bunun
üçün əməkdaşlara hər cür şərait
yaradılıb. Onlar hazırda ən
müasir texniki avadanlıqlardan,
müasir studiyalardan, rəqəmsal
telekameralardan, ən son
texnologiya ilə təchiz olunmuş
səyyar televiziya studiyalarından
istifadə edirlər. Təbii ki,
telekanalın əməkdaşlarının, istər
yaradıcı istər texniki sahədə
olsun öz səviyyələrini artırmaları
üçün də işlər görülür, efirin
həcmi artdıqca buraya yeni
işçilər, xüsusilə də gənc və
perspektivli kadrlar cəlb olunur.

Fevralın 1-də İdman
Azərbaycan kanalının 4 yaşı
tamam oldu. Geridə qalan vaxt
ərzində Azərbaycan idmanının
təbliğinə xidmət edən, ölkə
idmanının və idmançılarının
uğurlarını bütün dünyaya
çatdıran telekanal Azərbaycanda
olimpiya hərəkatının təbliğinə də
öz töhvəsini verməkdədir. Təbii
ki, bundan sonra da İdman
Azərbaycan bu prinsiplərə sadiq
qalacaq.

Loading...